Alma sirkəsi ilə dəriyə və saça qulluq.

   Alma sirkəsi əsrlər boyunca bir çox xəstəliyin müalicəsində istifadə olunmuşdur. Hazırda marketlərdə satılan alma sirkəsinin elə də faydası yoxdur. Hazır ev şəraitində hazırlanmış sirkədən istifadə etmək lazımdır. Alma sirkəsinin bu qədər faydalı olmasının səbəbi tərkibində çoxlu miqdarda C vitamini, kalsium, natrium olmasıdır. Alma sirkəsi hərarəti salma xassəsi ilə yanaşı, sinir sisteminə də yaxşı təsir edir. Və dərimiz üçün əvəzedilməz nemətdir. Bununla yanaşı yağları da əridərək çəki itirməyə səbəb olur.

Alma sirkəsinin dəriyə faydası:

    Alma sirkəsinin içərisinə 1 çay qaşığı bal qarışdırıb üzünüzə çəkin və 10 dəqiqə gözləyin. Bu proses dərimiz üçün çox faydalıdır. Proses zamanı üzdəki məsamələr açılır, dəridəki ölü hüceyrələr və yağlardan meydana gələn təbəqələr təmizlənir. Iltihablı dəri və sədəf xəstəliyinin müalicəsində də istifadə olunur. Bunun üçün balaca pambığı sirkəyə batırın və sədəf xəstəliyi olan nahiyyəni silin.

Alma sirkəsinin ləkələrə qarşı faydası:

   Yaş artmasıyla bağlı dəridə əmələ gələn çil və qəhvəyi ləkələrə qarşı çox effektli vasitədir. Sirkə ləkələr üçün istifadə olunan kükürdü öz tərkibində saxlayır.  Bununla yanaşı, üzdə əmələ gələn qırışları və çizgiləri azaltmaqda kömək olur. Bunun üçün gecə yatmazdan əvvəl alma sirkəsi ilə üzünüzü silin. Sonra yatın. Səhər yuxudan duranda su ilə üzünüzü yuyun. Əgər həssas dəriniz varsa, o zaman alma sirkəsi ilə azca suyu qarışdırıb həmin qarışımla üzünüzü silin. Alma sirkəsi həm də, üzdəki sızanaqlar üçün çox faydalıdır. Dərimizdə meydana gələn yağlanmanın qarşısını alır. Dərinin ph-nı sabitləyir. Əgər sızanaq probleminiz varsa, birbaşa sızanaqların üzərinə alma sirkəsi vurun. Nəticəni görəcəksiniz.

Alma sirkəsinin saça faydaları:

   1 stəkan suya 1 çay qaşığı alma sirkəsi əlavə edib içməyin saçlar üçün faydası böyükdür. Saçlarınızın uzanmasını və parlaqlığının artmasını görəcəksiniz. Eyni zamanda saç kökləri möhkəmlənir və saçların tökülməsi dayanır. Saç dibində olan ölü hüceyrələri və göbələkləri təmizləyir. Bu saçımızın sağlam olmasına gətirib çıxarır. 1 litr su içərisinə biraz alma sirkəsi əlavə edin və həmin qarışıqla saçınızı yaxalayın. 15 dəqiqə gözləyin. Su ilə durulayın. Həftədə 1 dəfə bunu təkrarlayın. Fərqi özünüz görəcəksiniz. Saçlarınız daha gur, sağlam və təmiz olacaq.

Tez-tez qrip, soyuqdəymələr və ya üst tənəffüs yollarına tutulanlar üçün birə birdir.

Boğaz ağrısı və səs batıqlığı:

  Boğaz ağrısı və səs batıqlığında, 1 ölçü alma sirkəsi ilə 3 ölçü ilıq su qarışdırılır və saat başı dərin qarqaralar edildikdən sonra tüpürülür.

Öskürək:

  Öskürəyə qarşı, 4 yemək qaşığı dolusu balla 3 orta ölçülü qaşıq alma sirkəsini yaxşıca qarışdırılır. Qaşıq-qaşıq udulur.

Hemoroid:

  Hemoroidə qarşı, yarım su stəkanı alma sirkəsi və bir su stəkanı adaçayı qatqılı ilıq oturma duşları alın 10 dəqiqə sonunda rahat olduğunuzu görəcəksiniz. Ayrıca hemoroid qanamalarına da yaxşı gəlir.

Artıq çəki üçün alma sirkəsi:

  Bir stəkan suyun içinə 1-2 çay qaşığı alma sirkəsi əlavə edin. İçinə 1 çay qaşığı bal əlavə edərək, hər səhər ac qarına için. Bir müddət sonra faydasını görəcəksiniz.

 

Dediklərimizi ümumiləşdirərək alma sirkəsinin faydalarını yazaq!
  • Bakteriyaları öldürür.
  • Sızanaqların əmələ gəlməsinin qarşısını alır.
  • Diabetlə savaşır.
  • Çəki itirməyə kömək edir.
  • Xolesterolun miqdarını aşağı salır.
  • Xərçəngə qarşı təsiri vardır.
  • Bədəndəki toksinləri atır.
  • Saçların parlaq olmasına səbəb olur.
  • Dişləri ağardır.
  • Bədənin ph-nı normallaşdırır.
  • Günəş yanıqlarına qarşı effektiv təsir göstərir.
  • Meyvə və tərəvəzləri mikroblardan təmizləyir.
BƏYƏN VƏ PAYLAŞ 🙂

DR.Solmaz

Məqsədimiz sayt izləyicilərinə daha ətraflı və dəqiq məlumatlar verməkdir.

Şərhinizi yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Saytı bəyəndin? Dostlarınlada paylaş :)

  • Facebook
  • Instagram
  • Follow by Email
  • RSS