Keysəriyyə əməliyyatı

Keysəriyyə kəsiyi əməliyyatına son illərdə qadınlar daha çox üstünlük verirlər. Bəs keysəriyyə kəsiyi əməliyyatı nədir,onun üstünlükləri və riski nədən ibarətdir?

Təbii vaginal yolla mümkün olmayan və ya doğuş üçün tibbi əks göstərişi olan xanımlara cərrahi əməliyyat təyin olunur,uşağı çıxarmaq üçün qarnın ön divarı və uşaqlıq divarı kəsilərək döl azad edilir.Bu əməliyyat terminologiyada latın dilindən “cesarean”-”kesar” olaraq bilinir və Yuliy Sezarın adı ilə əlaqələndirilsə də,tibb tarixi bunun doğru olmadığını sübut edir.Bəzi məlumatlara görə məhz Yuliy Sezar bu üsulla dünyaya gəlib.Amma onun dövrundə bu tib əməliyyatlar ananın ölümünə səbəb olurdu,çünki antibiotiklər və sterilizasiya yox idi.
Cərrahi doğuşun adı latın dilində “caedare”(kəsmək) və “section”(hissə) sözlərindən götürülüb.Azərbaycanda “Kesar” və ya “Keysəriyyə” olaraq bilinir.

  Keysəriyyə kəsiyi əməliyyatı üçün mütləq və nisbi göstərişlər var

Mütləq göstərişlər arasında:

  • Kliniki dar çanaq (qadının çanağın dar olması).

Bu halda doğuş zamanı uşağın başı ananın çanağından keçə bilmir.Hamiləlik zamanı bu patologiyanı qadına nəzarət edən ginekoloq bəzi müayinələr və USM zamanı aşkar edə bilər.Əgər siz incə bədən quruluşuna maliksinizsə,bu heç də o demək deyil ki,sizdə bu patologiya var.Mama-ginekoloqlara görə normal və dar çanağın dəqiq meyarları var.Qadında bu patologiya aşkar olunduqda vaginal doğuş mümkünsüz sayılır və qadına keysəriyyə kəsiyi əməliyyatı təyin olunur.Əgər qadının doğuş yollarında təbii doğuşa mane olan hər hansı maneələr (uşaqlıq boynuna yaxın yerləşən mioma, şiş və s.) varsa.Belə maneələr USM zamanı aşkar olunur və həkim bunlara əsaslanaraq keysəriyyə kəsiyi əməliyyatını təyin edir.

  • Uşağa doğuş yollarından keçmək üçün mane olan ananın çanaq sümüklərinin deformasiyaları,uşaqlığın yırtılması riski də keysəriyyə kəsiyi əməliyyatı üçün mütləq göstəriş sayılır.

Belə vəziyyət ilk doğuş keysəriyyə kəsiyi əməliyyatının köməyi ilə həyata keçirdikdə növbəti doğuş zamanı inkişaf edə bilər.Keyseriyyə əməliyyatından sonra uşaqlığın üzərində çapıq qalır.Bu çapığın normal sağalması zamanı növbəti hamiləlikdə uşaqlığın yırtılması riski olmur.Lakin bəzən çapıq normal sağalmır və bu halda belə risk əmələ gəlir. USM-də çapığın eni 3 mm-dən az təyin olunur,onun qıraqları düz olmur.Mama-ginekoloq hamiləlik zamanı çapığın vəziyyətini USM vasitəsilə bir neçə dəfə qiymətləndirir və uşaqlığın yırtılması riski aşkar etdikdə keysəriyyə kəsiyi haqqında qərar verir.

  • Ciftin uşaqlıq boynuna yaxın yerdə yerləşməsi və ciftin vaxtından tez qopması da keysəriyyə kəsiyi əməliyyatı üçün göstəriş sayılır.

Normada cift uşaqlığın ön və ya arxa divarında yerləşməlidir.Lakin bəzən cift uşaqlıq boynuna yaxın yerdə yerləşir ki,bu zaman uşaqlıqdan çıxış uşaq üçün bağlı olur.Bu vəziyyət keysəriyyə kəsiyi əməliyyatı üçün mütləq göstəriş sayılır.Bu vəziyyət hamiləliyin əvvəlindən USM zamanı təyin olunur və əməliyyat əksər hallarda hamiləliyin 38-ci həftəsində keçirilir.Bəzən qadında qanlı ifrazatlar olduqda (bu ciftin qopmasına işarə edir) əməliyyat daha tez keçirilə bilər.

  • Cift normada uşaqlığın divarından uşaq doğulduqdan sonra aralanır.Lakin bəzən müxtəlif səbəblərə görə cift doğuşdan qabaq uşaqlığın divarından qopmağa başlayır. Bu vəziyyət keysəriyyə kəsiyi əməliyyatı üçün mütləq göstəriş sayılır.

Məsələ burasındadır ki, ananın bətnində olan uşaq oksigeni ananın qanından alır.Ciftin qopması dölün nəfəsalmasını mümkünsüz edir və bu halda təcili keysəriyyə kəsiyi əməliyyatını təyin olunur. Bundan əlavə ciftin qopması ananın həyatı üçün də təhlükə yaradır ki, bu zaman güclü qanaxma inkişaf edir.

Sadaladığımız hallar keysəriyyə kəsiyi əməliyyatı üçün mütləq göstərişlər sayılır.

Mütləq göstərişlərdən əlavə nisbi göstərişlər də var:

Nisbi göstərişlər o deməkdirki,fiziki olaraq vaginal doğuş mümkündür,lakin belə doğuş ananın və ya körpənin sağlamlığı və hətta həyatı üçün təhlükəlidir.

Belə nisbi göstərişləri arasında:

  • Qadında olan ürək-damar sistemi,böyrəklər,sinir sistemi xəstəlikləri və patologiyaları

  • Göz dibində dəyişikliklərlə müşayiət olunan yüksək dərəcəli miopiya (yaxınıgörmə)

  • Şəkərli diabet (ağır formada)

  • İstənilənxərçəng xəstəlikləri

  • Anada cinsiyyət yollarının xroniki xəstəlikləri (məsələn, genital herpes).

Bu halda vaginal doğuş zamanı xəstəlik anadan uşağa keçə bilər.Bəzi hamiləlik ağırlaşmaları,ilk növbədə hestoz.Hestoz yalnız hamiləlik zamanı inkişaf edən və qadın orqanizminin ürək-damar və sinir sistemində ağır pozulmaları yaradan vəziyyətdir.Hestoz həm ana, həm də uşaq üçün təhlükəlidir.

  • Doğuş fəaliyyətinin zəif olması.

Bu zaman doğuş çox uzun çəkir, uşaq doğulmağa “tələsmir”,dərman preparatların istifadəsi lazım olan nəticə vermir.Bu halda körpənin vəziyyəti pişləşdikdə(ürək döyünməsi zəifləyir və s.), təcili keysəriyyə kəsiyi əməliyyatı tətbiq oluna bilər.

  • Qadının yaşı keysəriyyə kəsiyi üçün göstəriş sayılmır.

Lakin əgər qadının yaşı 35-dən çoxdursa və eyni zamanda qadında hər hansı patologiya varsa,bu halda keysəriyyə kəsiyi əməliyyatı tətbiq oluna bilər.

  • Dölün ana bətnində köndələn yerləşməsi və ya sağrı gəlişi

  • Dölün çox iri (4 kq-dan yuxarı) olması və anada patologiyanın olması

  • Dölün hipoksiyası (oksigen çatışmazlığı).

Dölün kəskin hipoksiyası doğuş zamanı inkişaf edir.Bu zaman dölün ürək döyüntüsü kəskin zəifləyir və bərpa olunmur.Bu halda keysəriyyə kəsiyi əməliyyatı üşaq üçün daha təhlükəsiz sayılır.

Bəzən eyni qadında bir neçə belə nisbi göstərişlər olur;

  • İri döl + dölün sağrı gəlişi

  • Uşaqlığın üzərində çapıq + ananın yaşı və s.

Hər bir konkret halda doğuşun üsulu ilə (vaginal doğuş və ya keysəriyyə kəsiyi əməliyyatı) bağlı olan qərar həkim verməlidir.

Keysəriyyə əməliyyatının ziyanlı tərəfləridə vardır;
  1. Təbii doğuşdan sonra ikinci doğuş daha rahat olur. Amma kesar əməliyyatının ikincisi birincisindən, üçüncüsü ikincidən, dördüncüsü üçüncüdən çətin ola bilər.
  2. Normal doğuşda uşaq doğuş kanalından keçərək çıxır və bu zaman sıxıldığı üçün ağciyərindəki maye çıxır,uşaq nəfəs yolları açıq şəkildə doğulur. Əməliyyat olarsa, uşağın ağciyərində maye qaldığı üçün müdaxilə ehtimalı var. Təbii doğuş zamanı sancıların başlaması ilə bütün orqanizmdə fizioloji proseslər başlayır, ananın südü vaxtında gəlir.Əməliyyat isə bu prosesi sona çatdırmağa imkan vermədiyi üçün südün gəlməsi bir az gecikə bilər
  3. Hər bir əməliyyatın fəsadı ola bilər. Bu əməliyyatda da qarın boşluğu açılır, sonra bitişmələr, çapıqlar əmələ gələ bilər. İkinci hamiləlik zamanı döl çapıq nöqtəsinə tutunarsa ciddi problem yaranar, hətta vaxtında müdaxilə edilməzsə, və hamiləlik nəzarətsiz davam edərsə, ananın həyatı təhlükə altında qalar.
  4. Birinci doğuş əməliyyatla olubsa, ikinci hamiləliyə qədər təxminən 2 il keçməlidir. Birinci doğuş əməliyyatla olubsa, ikinci doğuş təbii ola bilər, amma risklidir.
  5. Qanaxma 2 dəfə artıq olur. Normal doğuşda qan itkisi təxminən 500 ml-dirsə, əməliyyatda bir litrə qədər qan itkisi normal hesab edilir.

 

 

 

BƏYƏN VƏ PAYLAŞ 🙂

Post Author: DR.Hüseyn

Məqsədimiz sayt izləyicilərinə daha ətraflı və dəqiq məlumatlar verməkdir.

Şərhinizi yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.