Asist-Asetilsestein

ASİST   300 mq/3ml  inyeksiya və yerli inhalyasiya üçün məhlul

Beynalxalq patentləşdirilməmiş adı: Acetylcysteine

 

Tərkibi

Təsiredici maddə:   3 ml məhlulun  tərkibinfə 300 mq asetilsistein vardır.

Köməkçi maddələr: EDTA-nın natrium duzu , natrium-hidroksid, distillə olunmuş su.

 

Təsviri

Şəffav, rəngsiz məhluldur.

Farmakoterapevtik qrupu

Mukolitik dərman vasitəsi.

ATC kodu: R05JB01,S01XA08, V03AB23.

 

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası

Asetilsestein (N-asetil-L-Sistein) sistein amin turşunun təbii törəməsidir, aminoqrupunda bir hidrogen atomunun 1 sirkə turşusu qalığı ilə əvəz olunması ilə sisteindən fərqlənir.

Asetilsistein mukolitik preparatdır.

Asetilsisteinin sərbəst sulfıhidril qrupları bəlğəmin qlikoproteinlərinin disulfid rabitələrini qırır və bununla da irinli-selikli sekresiyaya mukolitik təsir göstərir. Preparatın bu xüsusiyyəti ən çox pH 6-8 olduqda müşahidə olunur ki, bu da Asistanın ağciyər toxumasında yüksək konsentrasiyada yı-ğılmasına şərait yaradır. Bəlğəmi durulaşdıraraq onun sıxlığını və qatılığmı azaldır. Bronxial sek-retin xaric olmasını asanladıraraq tənəffüsü yaxşılaşdırır və ağciyər funksiyasının tənzimlənməsin-də iştirak edir. Asetilsistein DNT-yə təsir etmir. Asetilsistein antioksidant xüsusiyyətə malikdir. Asetilsistein sisteinin ayrılması nəticəsində ağciyərdə və qaraciyərdə qlutationun sintezini tənzim-ləyir. Asetilsistein sərbəst radikalları özünə birləşdirərək hüceyrəni onların zədələyici təsirindən qoruyur. Parasetamolla zəhərlənmə zamanı asetilsistein qaraciyəri parasetamolun zədələyici təsi-rindən qoruyur. Normada parasetamol qaraciyərdə metabolizmə uğrayır, onun az bir hissəsi onun qaraciyərin P450 fermentativ sistemi tərəfındən reaktiv metabolitə çevrilir. Bu metabolit qultation tərəfindən konyuqasiyaya uğrayır və sidiklə xaric olur.

Parasetamolla zəhərənmə zamanı reaktiv metabolitin əmələ gəlməsi artır və onun qlutation tərə-findən inaktivasiyası azalır. Asesilsisteindən istifadə etdikdə, qültationun sintezi qaraciyər hücey-rələrində artır, bu da öz növbəsində reaktiv metabolitlə birləşərək qaraciyəri zədələnmədən qoruyur. Asetilsistein mukovissidoz zamanı (mədəaltı vəzin kistofibrozu) bağırsağa lokal yeridilir. Mekonium üsulla doğulmuş uşaqlara, eləcə də böyklərdə eləcə mekonium ileusabənzər hallarda (bağırsaqların mexaniki keçməzliyi) təyin edilir.

Farmakokinetikası

Asetilsistein orqanizmə enteral və parenteral üsullarla (oral, inhalyasion, ə/d, v/d, yerli) yeridilir. Qanın zülalları ilə 50% birləşir, əsasən də ağciyər toxumasına yaxşı nüfuz edir və orada 48%-ə qədər toplanır. Yarımparçalanma dövrü 6 saat 25 dəqiqədir. Dəyişilməmiş halda və metabolitlər şəkilində böyrəklər vasitəsilə xaric olur.

İstifadəsinə göstərişlər

Asetilsistein qatı bəlğəmi durulaşdırmaq məqsədi ilə istifadə edilir.

Bronx və ağciyərlərin kəskin və xroniki xəstəliklərində (pnevmoniya, bronxit, emfizema, traxeobronxit, xroniki astmatik bronxit, vərəm, bronxoektaziya);

Atelektaz;

Ürək- damar və ağciyər əməliyyatlarından sonra, ağciyər ağırlaşmaları zamanı;

Ağciyər toxumasını sərbəst radikalların zədələyici təsirindən qorumaq məqsədilə;

Parasetamolla zəhərlənmə zamanı qaraciyər çatışmazlığının qarşısını almaq məqsədilə.

 

Əks göstərişlər

Asetilsisteinə qarşı yüksək həssaslıq.

 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Asetilsisteinin qəbulu zamanı bronxial sekretin nəzərəçarpacaq dərəcədə artması müşahidə olunur, buna görə də öskürək refleksi zəif olduqda asfıksiya riski ola bilər. Plasentaya və ana südünə keçmə haqqında kifayət qədər məlumat olmadığından  hamiləlik və laktasiya dövründə istifadəsi yalnız zəruri hallarda ola bilər. Ampul açılarkən kükürd iyinin olması, preparatın yararsız olmasına dəlalət etmir.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Asetilsisteinin digər dərmanlarla qarşılıqlı təsiri çox nadir hallarda müşahidə oluna bilər. Asetilsistein nitratlarla birlikdə istifadə edildiyi zaman başağrısı və hipotenziya yarada bilər. Yerli istifadə zamanı antibiotikə ehtiyac olsa, onları ayrılıqda istifadə etmək lazımdır.

 

İstifadə qaydası və dozası

Mukolitik və antioksidant kimi.

Parenteral yeridilmə zamanı:

Böyüklərdə:

 300mq/3ml (10%-li məhlul) ampulda, ə/d,v/d. gündə 1-2 dəfə 1 ampul.

Müalicə kursu xəstəliyin mərhələsindən asılı olaraq müəyyənləşdirilir.

Uşaqlarda: 

300mq/3ml ə/d (dərinə) sutkada hər kq-a 15-30 mq hesabı ilə. Bu doza iki dəfəyə yeridilir.

Müalicə kursu fərdi təyin olunur

Anafılaktik reaksiyanın qarşısını almaq üçün məhlul tədricən yeridilir. Bu məqsədlə 5%-li qlükoza və ya NaCl-in izotonik məhlulu ilə qarışdırılır.

İnqalyasiya üsulu ilə:

  300mq/3ml (10%-li məhlulu) Ultrasonik buxarlı tənəffüs aparatı ilə.

Böyüklərdə:

Gündə 1-2 dəfə 1 amp. 5-10 gün müddətində.

Uşaqlarda:

Gündə 2 dəfə 150 mq.

İntratraxeal üsulla: Troxeostomiyalı xəstələrə hər 4 saatdan bir 1-2 ml (10%-li məhlulu) traxeostomiya nahiyəsinə.

Parasetamol ilə zəhərlənmə zamanı təcili olaraq antidot kimi zərbə dozasında 150 mq/kq yeritmək lazımdır. Sonra minimum 72 saat ərzində 50 mq/kq dozada yeritmək lazımdır. Anafılaktik reaksi-yaların qarşısını almaq üçün məhlul tədricən yeridilməlidir. Bu məqsədlə əvvəl 5% qlükoza məh-lulunda və ya 0,9% NaCl məhlulunda həll edilməlidir.

Zərbə dozası: 

Müalicə zərbə dozası – 150 mq/kq ilə (70 kq-dan artıq bədən kütləsi olan xəstələr üçün təqribən 35 ampul) başlanılır. Doza 60 dəqiqə ərzində yeridilir. Böyüklər üçün minium 200 ml, uşaqlar üçün 50 ml 0,5%-li qlükoza və ya 0,9% NaCl məhlulunda həll edilir. Sonra 72 saat ər-zində hər 4 saatdan bir 50 mq/kq (70 kq-dan artıq bədən kütləsi olan xəstələrə təqribən 11 ampul) yeridilir. Müalicə parasetamolun qanda miqdarı azalana qədər və qaraciyər sınaqlarının normallaş-masına qədər aparılır.

 

Əlavə təsirləri

Mədə-bağırsaq sisteminə – qusma, ürəkbulanma, stomatit  şəklində  pozğunluqlar.

Nadir hallarda allergik reaksiyalar baş verə bilər.

Gözlənilməz hallar baş verdikdə  mütləq həkimə müraciyət edin!

 

Doza həddinin aşılması

Yüksək dozalarda sistem istifadə zamanı, toksik əlamətlər müşahidə olunmur. Çox yüksək dozada istifadə etdikdə sekresiya çoxala bilər. Ona görə, öskürək refleksi zəif olan şəxslərdə, mexaniki bronxoaspirasiyanın əmələgəlmə riski var.

 

Buraxılış forması

300 mq/3ml (10%-li asetilsistein məhlulu) Asistan, ampullarda. 10 ampul içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

DİGƏR BURAXILIŞ FORMALARI

Asistan kapsul, 200mq, qutuda, hər qutuda 30 kapsul

Asistan uşaqlar üçün 4%-li 100 ml şərbətin hazırlanması üçün 40 q qranul.

Asistan şərbəti 4%, 150 ml şərbətin hazırlanması üçün 60 q qranul.

 

Saxlanma şəraiti

25°C-dən yuxarı olmayan temperaturda, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Ampul açılan kimi istifadə olunmalıdır. Açılmış ampul  24 saat saxlanıla bilər, amma daha parenteral yolla istifadə etmək olmaz.

 

 

 

BƏYƏN VƏ PAYLAŞ 🙂

DR.Hüseyn

Məqsədimiz sayt izləyicilərinə daha ətraflı və dəqiq məlumatlar verməkdir.

Şərhinizi yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Saytı bəyəndin? Dostlarınlada paylaş :)

  • Facebook
  • Instagram
  • Google+
    https://www.saglamheyat.net/d%C9%99rmanlar/asist-asetilsestein
  • Follow by Email
  • RSS