Cinsi zəifliyə səbəb olan qidalar

Cinsi zəifliyə səbəb olan qidalar hasılardır? Cinsi həyatınız arzuladığınız kimi deyilsə, səbəb yediyiniz qidalar ola bilər.

1.Monosodium glutamat

Paketli yeməklərdə olan MSG adı ilə tanınan monosodium glutamat, yeməklərə ləzzət vermək məqsədilə əlavə olunur. Ancaq baş ağrısından depressiyaya və libidonun aşağı düşməsinə qədər bir çox zərəri vardır.

2.Qəhvə

Davamlı qəhvə içmək vaxt keçdikcə böyrəküstü vəzilərin fəaliyyətini təlatümə uğradar. Bu səbəbdən də seks hormonları da daxil olmaqla bəzi hormonlar kifayət qədər istehsal edilmir.

3.Qazlı içkilər

Aparılan araşdırmalardan biri sübut edib ki, qazlı içkilər depressiya səbəb olur. Depressiya isə libidonun böyük düşmənlərindən biridir.

4.Pendir

Bir çox pendir antibiotiklərlə müalicə edilən inəklərin südündən əldə edildiyi üçün həddindən artıq yeyildikdə vaxt keçdikcə hormon pozuntularına səbəb olur. Nəticədə isə cinsi funksiya pozuqluğu müşahidə edilə bilər. Aldığınız pendirin antibiotik müalicəsi görməmiş inəklərin südündən olduğundan əmin olun və etibarlı markaları seçin.

5.Süni dadlandırıcılar

Aspartam kimi süni dadlandırıcılar xoşbəxtlik hormonu olan serotoninin ifrazına mane olur. Çox süni dadlandırıcı ehtiva edən yeməklər və içkilər libidoya mənfi təsir edir.

6.Konservləşdirilmiş şorbalar

İçərisində bol miqdarda qoruyucu saxlayan konservləşdirilmiş şorbalar yüksək qan təzyiqinə səbəb olur. Bu səbəbdən də cinsi orqanlar kimi, bədənin də müəyyən hissələrinə qan axını azala bilər və nəticədə ereksiya problemlərinə gətirib çıxarar.

7.Kartof Cips

Ümumiyyətlə, kartof cipslərinin hazırlanmasında ucuz və keyfiyyətsiz yağlardan istifadə edilir. Bu yağlar bədəndə libidonun düşməsi və eyni zamanda bir çox mənfi hallara səbəb olur. Həmçinin, hormon pozuntusuna səbəb olaraq seks hormonlarının da istehsalına mənfi təsir edir.

Kişilərin əksəriyyəti müəyyən yaşdan sonra cinsəl gücdə azalma problemi ilə üzləşirlər. Tədqiqatlar göstərir ki, hər 3 kişidən biri bu problemi yaşamalı olur. Lakin qida menyusuna bəzi qidaları daxil edərək cinsi gücün azalması prosesini dayandırmaq, hətta cinsi istəyi artırmaq mümkündür.

Erkən boşalma və ya erreksiya ola bilməmə problemi yaşayan kişilər cinsi istəyi artıran qidalarla əvvəlki güclərinə qovuşa bilərlər.

Bəs həmin qidalar hansılardır? 

1. Göyəm

Göyəm afrodizyak təsirli meyvədir. Bu meyvə orqanizmə eynilə “Viagra” kimi təsir edir.

Qan damarlarını genişləndirir və bədənin enerjisini artırır. Çoxlu lif ehtiva etdiyi üçün xolesterolun səviyyəsini aşağı salır. Beləliklə, damarlarda yaranan problemləri aradan qaldıraraq cinsəl həyata kölgə sala biləcək problemlərin qarşısını əvvəlcədən alır.

Aşağı xolesterol və artan qan axışı cinsi əlaqə zamanı cinsi orqanın daha sərt olmasını təmin edir.

Bu da daha uzun müddətli erreksiya mənasını verir.

2. Əncir

Əncir cinsəl istəyi artıran hormonların daha çox istehsal edilməsini təmin edən turşularla zəngindir. Bu hormonların çox olması birbaşa cinsi gücə təsir edir. Cinsəl gücün artması üçün həftədə 4 dəfə əncir və ya bu meyvənin qurusunu yemək vacibdir.

4. Qoz

Qozun tərkibindəki maddələr kişi cinsəl orqanına daha çox qan getməsini təmin edir.

Beləliklə, seks zamanı kişinin yorulmamasını təmin edir.

5. Sarımsaq

Sarımsağın tərkibindəki “allicin” adlı maddə də cinsi istəyi artırır. Qan dövranını sürətləndirməyə də kömək edən sarımsaq sağlam cinsi həyat istəyən kişilərin yeməklərindən əksik olmamamlıdır. Əgər partnyorunuz sarımsaq qoxusundan narahat olursa, o zaman sarımsağı 10 dəqiqə süddə bişirdikdən sonra yeyə bilərsiniz.

6. Banan

Banan insana enerji verir. Bu da bananla qidalanan kişilərin cinsəl performansın daha yaxşı olmasını təmin edir. Bu meyvənin tərkibindəki “bromelain” adlı ferment cinsi gücü artırır.

7. Şokolad

Şokolad həmişə afrodizyak qidalar sırasında yer alıb. Onun tərkibindəki maddələr cinsəl  gücü artırmaya qadirdir. Xüsusilə də onun ehtiva etdiyi “akaloid” maddəsi enerjini və cinsəl istəyi artırır.

Qeyd edək ki, araşdırmalar zamanı orqanizmdə sink çatışmazlığı olduğu zaman kişinin cinsəl performansında zəifləmə müşahidə edildiyi elmi şəkildə təsdiq edilib.

 

BƏYƏN VƏ PAYLAŞ 🙂

DR.Hüseyn

Məqsədimiz sayt izləyicilərinə daha ətraflı və dəqiq məlumatlar verməkdir.

Şərhinizi yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Saytı bəyəndin? Dostlarınlada paylaş :)

  • Facebook
  • Instagram
  • Google+
    https://www.saglamheyat.net/cinsel/cinsi-zeifliye-sebeb-olan-qidalar
  • Follow by Email
  • RSS